Polşanın baş nazirindən xəbərdarlıq: PUTİN HİTLERDƏN DAHA TƏHLÜKƏLİDİR

15:00 11.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiya prezidenti Vladimir Putin Adolf Hitlerdən və İosif Stalindən daha təhlükəlidir".

Hafta.az-ın "Daily Telegraph"a istinadən yazdığına görə, bu sözləri Polşanın Baş naziri Mateusz Moraviecki deyib. O, Rusiya liderinin "vəhşi idealogiyasının" çox acınacaqlı nəticələr verə biləcəyinə dair dünya ictimaiyyətini xəbərdar edib. "Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, o, daha təhlükəlidir. Putin ölümcül silahlara sahib olmaqla yanaşı, həm də bu irticaçı təşviqatı aparmaq üçün medianı nəzarətdə saxlayır", - Polşanın Baş naziri deyib. 

Putinin "Russkiy mir" (Rus sülhü) idealogiyasını bütün Avropa üçün ölümcül təhlükə adlandıran Moraviecki, beynəlxalq ictimaiyyəti dərhal Ukraynanı Putinin təsirindən qurtarmağa cəhd etməyə çağırıb. Moraviecki bununla yanaşı müttəfiqləri Ukraynaya hərbi dəstəkdən daha artığını verməyə səsləyib.